"Gəncəbank"-dan sizlərə yeni Turizm krediti məhsulu
“Gəncəbank” SKB sizlərə yeni Turizm krediti məhsulunu təqdim edir. Yay mövsümündə istədiyiniz məkanda istirahət etmək üçün siz Gəncəbank-ın Turizm kreditindən yararlana bilərsiniz. Dünyanın tanınmış kurortları və sağlamlıq zonalarında istirahət etmək arzunuzu Gəncəbank vasitəsilə reallaşdıra bilərsiniz. Bunun üçün siz bizim tərəfdaşlarımız olan “GranitAS” və “Delta Group” turizm şirkətlərində istədiyiniz istirahət məkanını seçmək və seçim etdikdən sonra Gəncəbank-a gəlməyiniz kifayətdir. Avropa kurortları, Türkiyə əyləncə məkanları sizləri gözləyir. İstirahətə bizimlə!
Kreditin əldə edilməsi üçün sənədlər və şərtlər:
Şəxsiyyət vəsiqəsi, pasport, yaşayış yerindən arayış, maaş göstərilməklə iş yerindən arayış.
Bir nəfər zamin.
Kredit məbləği 2000 AZN-dək
Kredit müddəti 6 aydan 12 aya qədər
Minimum ilkin ödəniş səyahət biletinin (putyovkanın) dəyərinin 20%-i
İllik faiz dərəcəsi 36%
2010-06-25 - 26 iyun - Milli Ordu Günü 2010-06-16 - "Gəncəbank"-dan sizlərə yeni Turizm krediti məhsulu 2010-05-27 - 28 May – Respublika Günü 2010-05-04 - 9 May - Faşizm üzərində Qələbə günü 2010-04-09 - Əhalinin nəzərinə! 2010-03-30 - Gəncəbankdan sərfəli depozit təklifləri!!! 2010-03-15 - Novruz bayramınız mübarək! 2010-03-12 - Bankların bağlanması ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının Bəyanatı 2010-03-05 - Bayramınız mübarək əziz qadınlar! 2009-11-25 - Qurban Bayramınız Mübarək!!!
|